“İran ABŞ-ın birbaşa danışıqlar tələbini rədd etsə də Tehran Oman vasitəsilə ilə aparılan danışıqların davam etdirilməsini istəyir”.
AzPost bildirir ki, bu sözləri Reuters-ə adının çəkilməsini istəməyən İranın yüksək rütbəli məmuru bildirib.
Oman uzun zamandır ki, bu iki dövlət arasında məlumat mübadiləsi kanalı rolunu oynayır.
“Birbaşa olmayan danışıqlar Vaşinqtonun İranla bağlı siyasi qərarına münasibətinin ciddiliyini qiymətləndirmək imkanı verir” – məmur deyib.
O bildirib ki, İran İraqa, Küveytə, BƏƏ, Qətərə, Türkiyəyə və Bəhreynə bildiriş göndərib ki, onların havadan və qurudan ABŞ-ın İrana qarşı istənilən hucumuna dəstəyi düşmənçilik aktı hesab olunacaq.
Bu, ciddi nəticələrə aparacaq. Məmur deyib ki, ali dini rəhbər Xamneyi İran silahlı qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə əmr verib.
Trampın İrana qarşı müharibə xəbərdarlığı regionda onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib.
Adıçəkilən ölkələrin hökumət nümayəndələri məsələni dərhal münasibət bildiməyib.
Türkiyə XİN bəyan edib ki, İrandan xəbərdarlıqla bağlı hər hansı məlumata malik deyillər. Qeyd olunub ki, belə bir bildiriş başqa kanallar vasitəsi ilə təqdim oluna bilər.
Küveyt bildirib ki, onun ərazisindən İrana qarşı hər hansı təcavüzkar hərəkətə imkan verməyəcək.
Rusiya bəyanatında qeyd edib ki, ABŞ-ın İrana zərbə endirməsi qəbuledilməzdir.