ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld vəfat edib –İraq müharibəsinin "memarı" olan davakar nazir (FOTO)

ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld 88 yaşında vəfat edib.

“France Press” agentliyinin məlumatına görə bu barədə onun ailəsi məlumat yayıb.

Ramesfeld 11 sentyabr terror hücumlarından sonra Əfqanıstana müdaxiləsi dövründə müdafiə naziri olub, daha sonralar isə “İraq müharibəsinin memarı” kimi tanınırdı. Çoxsaylı nəvə, nəticə və övladları olan dövlət xadiminin, Nyu Meksikoda ailəsinin əhatəsində vəfat etdiyi xəbər verilir.

Hökumət işlərində 1963-cü ildə Konqresə seçildikdən sonra fəaliyyətə başlayan Ramsfeld iki dəfə müdafiə naziri vəzifəsinə təyin edilib. ABŞ hərbi dəniz donanmasının keçmiş zabiti Pentaqona ilk dəfə 1975-ci ildən rəhbərlik edib.

O, ikinci dəfə bu vəzifəyə 2001-ci ildə ovaxtkı prezident Corc Buş tərəfindən təyin olunub.

Bu hadisə ilə bağlı verdiyi açıqlamada keçmiş prezident “müharibə dövrünün müdafiə nazirinin mətin xidmətini” yad edib: “O bizim silahlı qüvvələrimizin sadiq bələdçisi olub və Amerika Birləşmiş Ştatlarının daha təhlükəsiz və daha yaxşı olmasında onun xidməti var”.

2001-ci ilin 11 sentaybr terror hücumlarından sonra Ramsfeld Pentaqonun əl-Qaidənın Əfqanıstandakı bazalarına hücumlarına rəhbərlik edib. O vaxt ABŞ xüsusi təyinatlıları və hava zərbələri tez bir zamanda Talibanın devrilməsinə yol açmış, Əfqanıstanda demokratik seçkili hökumət təşkil olunmuşdu.

Enerjili və çox vaxt da davakar kimi tanınan Ramsfeld tez-tez Pentaqonun televiziya ilə yayınlanan brifinqlərinə çıxar və bəzən jurnalistlərlə sərt ifadələri ilə deyişərdi.

2003-cü ildə Ramsfild və ovaxtkı vitse-prezident Dik Çeyni İraqın o vaxtkı prezidenti Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olması barədə yanlış ehtimal əsasında diqqəti İraqa yönəldə biliblər. İraqa müdaxilə edən ABŞ qüvvələri Səddam Hüseyn hökumətini cəld bir şəkildə devirmiş, lakin bunun ardınca qiyamçı islamçılarla uzun sürən çarpışmaya girişməli olmuşdu.

Ramsfeld ABŞ hərbçilərinin İraqın Əbu Qreyb həbsxanasında əsirlərlə pis rəftarı barədə xəbərlər yayıldıqdan sonra, 2004-cü ildə iki dəfə istefasını prezident Buşa təqdim edib.

O sonralar bu hadisəni müdafiə naziri kimi özünün “ən qara günləri” adlandırmışdı. Lakin o 2006-cı ildə demokratlar Nümayəndələr Palatasında çoxluğu qazandıqdan sonra nəhayət istefaya gedib.

O 2008-ci ildə pensiyaya çıxdıqdan sonra özünün Ramsfeld Fonduna rəhbərlik edir, müharibə veteranları və onların ailələri üçün xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə narkomaniya problemi –

Sonrakı məqalə

Bakıda 17 yaşlı qız küçədə bıçaqlanıb