“ABŞ-ın Lukaşenkoya qarşı sui-qəsd cəhdində iştirak xəbəri yalandır” –Dövlət Departamenti

“ABŞ-ın Belarus Respublikası ərazisində planlı şəkildə çevrilişlə əlaqəli sui-qəsdlərlə heç bir əlaqəsi yoxdur”.

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

Departament rəsmisi ABŞ-ın Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd planları barədə yayılan məlumatları təkzib edib: “Rusiya dövlət mediasında Aleksandr Lukaşenkoya qarşı sui-qəsd barədə xəbərləri və bununla bağlı mətbuatda birbaşa açıqlamalar verildiyini gördük. Bunun arxasında ABŞ hökumətinin dayandığı və ya Lukaşenkoya qarşı sui-qəsd cəhdində iştirak etdiyinə dair hər hansı bir məlumat tamamilə yalandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün AŞPA-nın yaz sessiyası başlayır

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi