“ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək üçün keçirdiyi hərbi əməliyyat beynəlxalq hüququn fundamental prinsipini sarsıdır“.
AzPost bildirir ki, bu sözləri BMT İnsan Hüquqları Şurasının sözçüsü Ravina Şamdasani bildirib.
O bildirib ki, dövlətlərə digər ölkələrin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdid etmək və ya güc tətbiq etmək icazəsi verilmir.
Şamdasani bildirib ki, ABŞ-ın Venesuelada uzun müddətdir davam edən insan hüquqlarının pozulmasına görə Maduronun məsuliyyət daşıdığı iddiası hərbi müdaxiləni əsaslandıra bilməz.
O, həmçinin qeyd edib ki, ABŞ -ın əməliyyatı ölkədəki qeyri-sabitliyi yalnız daha da artıra və onun daha da hərbiləşdirilməsinə səbəb ola bilər.