“ABŞ-ın rekord məbləğli müdafiə büdcəsi qlobal sabitliyə təhdiddir”- Çin Müdafiə Nazirliyi

ABŞ-ın rekord həcmli hərbi xərcləri nəzərdə tutan müdafiə büdcəsi qlobal sabitliyi təhdid edir.

Azpost.info xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan deyib.

“ABŞ-ın bu layihəsi hegemonluğa haqq qazandırır, Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edir və bütün dünyada sabitliyi təhdid edir. Narazıyıq və buna qəti şəkild qarşıyıq”, – o bildirib.

ABŞ prezidenti Co Bayden bazar ertəsi ölkənin 2025-ci maliyyə ili üçün müdafiə büdcəsini 895 milyard dollar məbləğində təsdiqləyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.