ABŞ-ın Rusiyadakı sabiq səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olacaq –Bayden namizədini açıqladı

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri postuna namizədini açıqlayıb.

“Associated Press”in verdiyi xəbərə görə, Co Bayden bu posta veteran diplomat Villiam Börnsün namizədliyini irəli sürüb. 

Qeyd edək ki, 64 yaşlı Villiam Börnsün ABŞ Dövlət Departamentində 33 illik karyerası var. O, ABŞ-ın Rusiyada və İordaniyada səfiri vəzifələrində çalışıb. V. Börns 2014-cü ildə “Carnegie Endowment of International Peace” beyin mərkəzində fəaliyyətə başlayana qədər ABŞ dövlət katibinin müavini postunda da çalışıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov Pakistana səfər edəcək

Sonrakı məqalə

Türkmənistanın məşhur bəstəkarı koronavirusdan vəfat edib –