ABŞ-ın sabiq prezidenti Donald Tramp həbs edilib

ABŞ-ın sabiq prezidenti Donald Tramp formal olaraq həbs edilib.

Bu barədə CNN məlumat yayıb. Bildirilir ki, siyasətçi yaxın saatlarda məhkəmə binasını tərk edə biləcək.

Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, həbs onun həbsxanaya salınması deyil. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır.

Tramp əvvəllər həbslə nəzərdə tutulan faktiki olaraq bütün əlavə prosedurlardan azad edilib. Onun əlləri qandallanmayacaq, iş materialları üçün şəkli çəkilməyəcək, sabiq dövlət başçısının barmaq izləri əvvəlcədən götürülüb.

Əvvəlki məqalə

“Vəhdət yaradan ölkə kimi ön sıralardayıq”

Sonrakı məqalə

“Finlandiyanın daxil olması ilə NATO görünməmiş şəkildə güclənəcək”