ABŞ şoumeni Mirələmovla bağlı kadrları sildi –

Videodakı qıza təzminat vermək istəyir
29 Aprel 2021 - 13:45

Sabiq deputat Hüseynbala Mirələmovun öz işçisinə qarşı qeyri-etik davranışı videosunu amerikalı şoumen Cimmi Kimmel öz verilişində efirə vermişdi. Kadrlarda isə qızın üzünü bağlamamışdılar.

Bununla bağlı azərbaycanlı gənclər Cimmi Kimmelin komandası ilə əlaqə quraraq bu davranışlarının səhv olduğunu izah ediblər.

Verilişin işçiləri səhv etdiklərini boyunlarına alıblar, həmin videonu kanallarından siliblər və ən əsası videoda qadının üzünü gizlətmədikləri üçün və beləcə ona verdikləri mənəvi ziyana görə həmin qadına təzminat ödəmək istədiklərini bildiriblər. (Day.az)