ABŞ şoumeni Mirələmovla bağlı kadrları sildi –Videodakı qıza təzminat vermək istəyir

Sabiq deputat Hüseynbala Mirələmovun öz işçisinə qarşı qeyri-etik davranışı videosunu amerikalı şoumen Cimmi Kimmel öz verilişində efirə vermişdi. Kadrlarda isə qızın üzünü bağlamamışdılar.

Bununla bağlı azərbaycanlı gənclər Cimmi Kimmelin komandası ilə əlaqə quraraq bu davranışlarının səhv olduğunu izah ediblər.

Verilişin işçiləri səhv etdiklərini boyunlarına alıblar, həmin videonu kanallarından siliblər və ən əsası videoda qadının üzünü gizlətmədikləri üçün və beləcə ona verdikləri mənəvi ziyana görə həmin qadına təzminat ödəmək istədiklərini bildiriblər. (Day.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Alimpaşa Məmmədovun oğlu da həbs oluna bilər –

Sonrakı məqalə

Bakı-Ceyhan üzrə əməliyyat və əsaslı xərclər kəskin artıb