“ABŞ ordusunun Suriyadakı hədəflərə zərbələri vətəndaşlarımızı qorumaq üçün zəruridir və BMT nizamnaməsinə uyğundur”.
Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.
Onun sözlərinə görə, Suriyadakı obyektlərin ləğvi amerikalıları həm ABŞ daxilində, həm də kənarda müdafiə etməyə kömək edir.
Bayden həmçinin təhdid və ya hücumlara cavab vermək üçün gələcəkdə lazımi tədbirlər görməyə hazır olduğunu da deyib.
Ağ Evin rəhbəri bildirib ki, Birləşmiş Ştatlar beynəlxalq hüquqa və BMT Nizamnaməsinin 51-ci maddəsində əks olunan özünümüdafiə hüququna uyğun olaraq zəruri addımlar atıb.
Azpost.info