ABŞ-ın Ukrayna ilə bağlı sülh sazişinin bəzi detalları məlum olub –Hansı şərtlər var?

ABŞ-ın Ukrayna ilə bağlı sülh sazişinin bəzi detalları məlum olub. 

AzPost bildirir ki, Reuters agentliyinin iki mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ-ın müharibəni bitirmək təklifləri Ukraynanın ərazidən, bəzi silahlardan imtina etməsini və Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını əhatə edir.

Agentlik qeyd edir ki, Vaşinqton Prezident Zelenskiyə aydın şəkildə bildirib ki, Ukrayna müharibəni bitirmək üçün ABŞ tərəfindən hazırlanmış çərçivə sənədini qəbul etməlidir.

Financial Times qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, müharibəni bitirmək üçün ABŞ-Rusiya planında daha iki məqam rus dilinə Ukraynada dövlət dili statusu verilməsi və Ukrayna Pravoslav Kilsəsinin (Moskva Patriarxlığı) rəsmi statusunun bərpasıdır.

Nəşr qeyd edir ki, bu plan Putin üçün xeyli faydalıdır.

Financial Times jurnalisti Kristofer Millerin sözlərinə görə, ABŞ-Rusiya planı Ukraynanın təslim olmasını təşviq edir.

O qeyd edir ki, bu, Ukraynanın təslim olmasına bərabərdir. Millerin sözlərinə görə, plana həmçinin Ukrayna ordusunun yarıya endirilməsi, müəyyən silah növlərindən və Donbasdan imtina daxildir.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.