“ABŞ-ın Ukrayna ilə bağlı sülh planını almışıq” –Putindən açıqlamalar

Rusiya tərəfi ABŞ administrasiyası ilə mövcud rabitə kanalları vasitəsilə ABŞ-ın Ukrayna ilə bağlı sülh planını alıb.

AzPost bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə ABŞ-ın sülh planı Rusiya-Ukrayna münaqişəsinin həlli üçün əsas təşkil edə bilər.

ABŞ və Rusiya razılaşmanın təfərrüatlarını ətraflı müzakirə etməyiblər. Rusiya prezidenti qeyd edib ki, bunun səbəbi ABŞ administrasiyasının hələ Kiyevin dəstəyini ala bilmməsidir.

Putin qeyd edib ki, Moskva və Vaşinqton Alyaska sammitindən əvvəl ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün sülh təşəbbüslərini ümumi şəkildə müzakirə ediblər.

15 avqustda Ankoricdə keçirilən sammitdən əvvəl Rusiya tərəfdaşlarını Ukrayna münaqişəsinin həllinə yanaşmaları barədə məlumatlandırıb. “Bütün dostlarımız və tərəfdaşlarımız, bunu vurğulamaq istəyirəm, hər biri bu mümkün razılaşmaları dəstəkləyib”, – deyə Putin qeyd edib.

ABŞ tərəfi Rusiyanı sülh yolu ilə həll üzrə ilkin müzakirələr zamanı çeviklik göstərməyə çağırıb.

Prezident əlavə edib ki, Trampın planı mahiyyət etibarilə Ankoric sammiti zamanı hazırlanmış təşəbbüslərin modernləşdirilmiş versiyasıdır.

Vladimir Putin bildirib ki, Moskva Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə hazırdır. Rusiya lideri həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri gec-tez döyüş meydanında məğlubiyyətə uğrayacaq.

“Rusiya sülh danışıqlarına hazırdır, lakin o, həmçinin cəbhə xəttindəki mövcud dinamikadan da məmnundur ki, bu da məqsədlərinə hərbi yolla çatmağa gətirib çıxarır”-deyə  Putin bildirib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.