ABŞ-ın Ukraynadakı səfiri vəzifəsindən istefa verdi

ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink vəzifəsindən istefa verib.

AzPost bildirir ki, ABŞ Dövlət Departamenti səfirin istefaya getdiyini təsdiqləyib.

Daha əvvəl bildirilmişdi ki, Brink yaxın həftələrdə tutduğu vəzifədən istefa verib diplomatik xidməti tərk edib-etməmək barədə ciddi düşünür.

Reuters mənbələri onun öz istəyi ilə ayrılacağını bildirib. Qeyd olunur ki, Brink ABŞ prezidenti Donald Trampın yanvarın 20-də vəzifəyə başlamasından sonra Dövlət Departamentini tərk edən ən yüksək səviyyəli diplomatlardan biri ola bilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.