ABŞ -ın Venesuelanın yeni liderindən dörd tələbi var

Donald Tramp administrasiyası Venesuelanın müvəqqəti lideri Delsi Rodrigesin ABŞ-ın maraqları naminə bir sıra addımlar atacağını gözləyir.

“Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Delsi Rodriges ABŞ-ın tələbi ilə narkotik vasitələrin dövriyyəsini kəsməli, İran və Kuba kimi Vaşinqtonla düşmən olan ölkələrin agentlərini ölkədən çıxarmalı, ABŞ-ın rəqiblərinə neft satışını dayandırmalıdır. Bundan əlavə, Ağ Ev Venesuelanın müvəqqəti liderindən azad seçkiləri təmin edərək istefa verməsini də gözləyir. Amerikalı rəsmilər bu tələblərin yerinə yetirilməsi üçün konkret müddət açıqlamayıb.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, ABŞ Delsi Rodrigeslə əməkdaşlığı təmin etmək üçün hərbi variantdan başqa əlavə yolları da işə sala bilər. Bunlara sanksiyaların aradan qaldırılması və Karakasın Qətərin paytaxtı Dohada yerləşən maliyyə aktivlərinə çıxışını bərpa etməsi də daxildir.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Karakasdakı mülki və hərbi hədəflərə zərbələr endirib, həmçinin ölkə Prezidenti Nikolas Maduro ilə həyat yoldaşını əsir götürüb. Hazırda Nyu-Yorkun cənubundakı Bruklin həbsxanasında saxlanılan dövlət başçısı narkotik vasitələrin qaçaqmalçılığında ittiham olunur.

Yanvarın 4-də Venesuela Ali Məhkəməsi Delsi Rodrigesin mövcud şəraitdə dövlət başçısı vəzifələrini icra etməsi barədə qərar qəbul edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.