ABŞ-ın vitse-prezidenti Pens Trampla canlı təmasını kəsib

ABŞ-ın vitse- prezidenti Maykl Pens özünütəcrid qaydasına keçərək prezident Trampla şəxsi təmaslarını dayandırıb.

Azpost.info bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi  Keyli Makinani deyib. Pens bu addımı köməkçisində koronavirus aşkar edildikdən sonra atıb.

Makinani bildirib ki, Pens bir neçə gün ərzində Trampa yaxınlaşmayacaq. Bu vitse-prezidentin öz qərarıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Pensin mətbuat katibi Keti Millerdə virus aşkar edilib. Tramp bəyan edib ki, onun  xəstə ilə şəxsən heç bir təması olmayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan vəfat edib

Sonrakı məqalə

“Eurohome”da yanğınla bağlı cinayət işləri vahid icraatda birləşdirildi-