ABŞ-İran danışıqlarının növbəti mərhələsi Cenevrədə və ya İslamabadda baş tuta bilər.
Azpost.info bldirir ki, bu barədə Associated Press (AP) mənbələrə istinadən xəbər verir.
AP-nin məlumatına görə, tərəflər Pakistanın paytaxtında ikinci görüşün keçirilməsi ehtimalını müzakirə edirlər. Lakin ABŞ administrasiyasının rəsmiləri danışıqların yeni mərhələsi üçün mümkün məkan kimi Cenevrəni göstərirlər.
Qeyd olunur ki, İran və ABŞ nümayəndələri arasında görüşün vaxtı və yeri hələ müəyyən edilməyib, lakin danışıqların yeni mərhələsinin aprelin 16-da baş tutması mümkündür.
11 apreldə İran və ABŞ İslamabadda bir neçə dəfə danışıqlar aparıblar. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident C.D. Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtonda bildirildiyi kimi, tərəflər bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Mümkün yeni danışıqlar mərhələsinin təfərrüatları hələ də məlum deyil.