ABŞ İran sərhədinin Azərbaycan tərəfindən nəzarətə götürülməsini müsbət qiymətləndirib

“Azərbaycan-İran sərhədinin tərəfimizdən nəzarətə götürülməsi artıq o ərazilərdə ölkəmizin suverenliyinin təmin edilməsi deməkdir. Hesab edirəm ki, bu yalnız sərhəd məsələsi deyil”.

Bu fikirləri Report-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

“Biz bilirik ki, işgalçı Ermənistan dövləti və rejimi bu illər ərzində orda qanunsuz fəaliyyət göstərib. Bildiyiniz kimi, həmin bölgə həm qanunsuz silah dövriyyəsi, narkotik maddələrin daşınması və bir çox qanunsuz fəaliyyətlər üçün mərkəz olub. Bu baxımdan təbii ki, ABŞ kimi belə məsələlərə xüsusi diqqət və önəm yetirən dövlət üçün, Azərbaycan dövlətinin həmin ərazidə suverenliyini bərpa etməsi üçün müsbət haldır və düsünürəm ki, məhz bu konteksdə də qəbul olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir –

Sonrakı məqalə

Virusdan sağalacağımızı deyil, virusa yoluxmamağı düşünmək lazımdır –