Vaşinqton və Tehran İranda uranın zənginləşdirilməsi səviyyəsinin 3,67 faizlə məhdudlaşdırılmasını nəzərdə tutan ilkin razılaşma əldə edə bilər.
Bu barədə “Al Arabiya” telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın həmsöhbətlərinin məlumatına görə, ABŞ tərəfi İran ərazisində uranın qeyd olunan səviyyəyədək zənginləşdirilməsinə razılıq verib. Tehran da bu şərti qəbul edib.
Bununla yanaşı, ABŞ İranın 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatlarının zənginləşmə səviyyəsinin aşağı salınmasında israr edir. “Al Arabiya”nın mənbələri bildiriblər ki, bu məsələnin həlli üçün tərəflər üçüncü ölkənin prosesə cəlb olunması imkanını nəzərdən keçirirlər.
Tehranla razılaşma əldə olunacağı təqdirdə, Vaşinqton İranın 6–9 milyard dollar həcmində dondurulmuş aktivlərini blokdan çıxara bilər.
