“ABŞ İrana cavab zərbəsinə dair kəşfiyyat məlumatlarını bilərəkdən sızdırıb”- SEPAH

Birləşmiş Ştatlar İrana cavab zərbəsi hazırlamaq planlarına dair kəşfiyyat məlumatlarının yer aldığı məxfi sənədləri bilərəkdən dərc edib.

Azpost.info xəbər verir ki, bu barədə SEPAH baş komandanının müavini Əli Fədəvi deyib.

Onun sözlərinə görə, ABŞ bunu İsrailin öz məqsədlərinə çatması üçün edib.

“Birləşmiş Ştatlar bunu özü dərc edirsə, deməli, bunun bizimlə heç bir əlaqəsi yoxdur”, – Fədavi bildirib.

Qeyd edək ki, söhbət İsrailin planlarını ehtiva edən məxfi sənədlərin sızmasından gedir. İsrailin İrana cavab zərbəsi məhz bu sızma səbəbindən təxirə salınıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.