“ABŞ İrana hucumda iştirak edir” –Pezeşkian Vaşinqtonu ittiham etdi

İran prezidenti Məsud Pezeşkian ABŞ-ı İsrailin İran ərazisinə zərbələrində birgə iştirakda ittiham edib.

AzPost -un məlumatına görə, Pezeşkian hökumətin iclasında bildirib ki, Təl-Əvivin hərəkətləri Vaşinqtonun birbaşa dəstəyi ilə həyata keçirilir.

Dövlət başçısının sözlərinə görə, Amerika rəsmisi ilə İran xarici işlər nazirinin müavini Abbas Əraqçi arasında son dialoqların birində birbaşa etiraf edilib: İsrail ABŞ-ın razılığı olmadan heç bir addım atmağa qadir deyil. “Bu gün gördüklərimiz Amerika tərəfinin media məkanındakı rolunu gizlətmək cəhdlərinə baxmayaraq, Vaşinqtonun birbaşa iştirakı və dəstəyi ilə baş verir”, – Pezeşkian vurğulayıb.

İran prezidenti deyib ki, Tehran İsrail təcavüzünə müqavimət göstərməkdə davam edəcək. O, ABŞ və bir sıra Avropa ölkələri də daxil olmaqla Qərbin susqunluğunu kəskin şəkildə pisləyib. Pezeşkianın sözlərinə görə, İsraili istifadə etdiyi sursat, təyyarə, raket və kəşfiyyat məlumatları ilə təmin edən Qərb dövlətləridir.

Pezeşkian bir daha vurğulayıb ki, İran müharibəyə can atmır, lakin düşmənçilik hərəkətləri davam edərsə, cavab “daha ​​qəti və sərt” olacaq.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.