ABŞ İranda hansı yerlərə zərbə endirib?- Pentaqon xəritə dərc etdi /FOTO

“Epik Qəzəb” əməliyyatının ilk on günü ərzində ABŞ əsasən İranın mərkəzi, cənub və qərb bölgələrinə zərbələr endirib.

Azpost.info bildirir ki, ABŞ Müharibə Nazirliyi tərəfindən X sosial media səhifəsində zərbələrin xəritəsi və hadisələrin xronologiyası yerləşdirilib.

Xəritəyə əsasən, ABŞ qüvvələri İranın hava hücumundan müdafiə sistemlərini hədəfə alıb.

28 fevral səhəri ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edib. İsrail ABŞ ilə birlikdə Tehran, İsfahan, Kərəc və Kermanşah əyaləti də daxil olmaqla İran ərazilərinə zərbələr endirib.

Cavab olaraq Tehran Bəhreyn, Küveyt, Qətər, İraq və BƏƏ-dəki ABŞ hərbi bazalarına hücum edib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.