Bu gündən ABŞ İrandan qeyri-qanuni neftin beynəlxalq bazarlara daşınmasında böyük rol oynayan 35 təşkilat və gəmiyə qarşı sanksiyalar tətbiq edir.
Azpost.info bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bu addım İranın 2024-cü il oktyabrın 1-də İsrailə hücumuna, eləcə də nüvə proqramını genişləndirməsi ilə bağlı bəyanatlarına cavabdır.