ABŞ İranı “Əl-Qaidə” terror təşkilatı ilə əlaqədə ittiham etməyə hazırlaşır –

Pompeo bəyanat verəcək
12 Yanvar 2021 - 11:29

ABŞ dövlət katibi Pompeo İranı “Əl-Qaidə” terror qrupu ilə əlaqədə ittiham edəcək bəyanatla çıxış etməyə hazırlaşır.

Azpost.info bildirir ki, bu barədə Röyter məlmat yayıb. Pompeo ABŞ kəşfiyyatının məxfi sənədlərinə əsasən bu barədə çıxış edəcək.

Pompeo İranı terror qruplarına dəstək verməkdə və onun üzvlərinə sığınacaq verməkdə ittiham edəcək.

Röyterin məlumatına görə, Pompeo öz bəyanatıda “Əl-Qaidə”nin ötən ilin avqustunda məhv edilmiş başçılarından biri barədə olan kəşfiyyat əməliyyat məlumatlarına əsaslana bilər.

Ötən ilin noyabrında “Nyu York Tayms” qəzeti yazmışdı ki, “Ə-Qaidə”nin rəhbərlərindən olan Abdulla Əhməd Abdulla 2020-ci ilin avqustunda İranda öldürülüb. Nəşrin məlumatına görə, Tehranda əməliyyatı İsrail xüsusi xidməti həyata keçirib.

Əhməd Abdulla 1998-ci ildə  Keniya və Tanzaniyadakı ABŞ səfirliklərində törədilmiş terrorun təşkilatçısı kimi qeyd olunur. Həmin terror aktı nəticəsində 224 nəfər həlak olmuşdu. Onların arasında 12 ABŞ vətəndaşı olub.