ABŞ İranla danışıqlardan niyə imtina etdi? –Dövlət katibi Rubio

“Biz İranla ballistik raketlərin məhdudlaşdırılmasını nəzərdə tutmayan nüvə sazişi bağlamayacağıq. Bu məhdudlaşdırma onun üçündür ki, onlar artıq İsraili təhdid edə bilməsinlər”.

AzPost bildirir ki, bu sözləri ABŞ dövlət katibi Rubio bildirib.

Qeyd edək ki, ABŞ İranla Omanda aparılması planlaşdırılan danışıqlardan imtina edib. ABŞ İranın görüşün formatı və yeri ilə bağlı şərtlərindən məmnun qalmayıb.

Əl-Məyadin qəzetinin məlumatına görə, İran rəsmiləri bildiriblər ki, ballistik raket proqramı gündəmə daxil edilərsə, Tehran ABŞ ilə danışıqlarda iştirak etmək niyyətində deyil.

İran rəsmiləri raket məsələlərinin müzakirəsinin “qırmızı xətt” olduğunu və görüşlərin keçirilməsi ehtimalını istisna etdiyini vurğulayıblar.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.