ABŞ İraqdakı amerikalılara müraciət etdi –"Təcili ölkəni tərk edin!"

ABŞ-ın İraqdakı səfirliyi ölkədəki bütün amerikalıları mümkün qədər tez bir zamanda ölkəni tərk etməyə çağırıb.

Azpostinfo bildirir ki, səfirliyin veb saytında dərc olunmuş açıqlamasında deyilir: “İraqdakı ABŞ vətəndaşlarına ölkəni mümkün qədər tez tərk etməyə və ya təhlükəsiz şərait yaranana qədər öz yerlərində qalmaq tövsiyə olunur. Ərzaq, su, tibbi ləvazimatlar və digər zəruri əşyalar ehtiyatı yaradın”.

Dövlət Departamenti əvvəllər təhlükəsizlik təhdidləri səbəbindən səfirliyin vacib olmayan işçilərinə ölkəni tərk etməyi əmr etmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.