ABŞ İraqdan qoşunları çıxarmağa başladı

“ABŞ İraqdakı 15 hərbi bazadan hərbi hissələrini çıxarmağa başlayıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İraq parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Əli əl-Qənimi deyib.

Onun sözlərinə görə, amerikalılar mövcudluğunu iki böyük bazada – ölkənin şimalındakı Ərbil şəhəri yaxınlığındakı bazada və paytaxt Bağdadın 180 km qərbində yerləşən Ənbər vilayətindəki “Ayn əl-Əsəd” aviabazasında məhdudlaşdırmağa qərar veriblər: “Amma ölkə parlamenti və İraq xalqı Amerika qoşunlarının bütün bazalardan çıxmasını tələb edir”.

Hələlik ABŞ tərəfi İraqdakı 15 hərbi obyektdən çıxması ilə bağlı məsələyə münasibət bildirməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müsavat yeni seçkilərin keçirilməsini tələb edir

Sonrakı məqalə

Seçkinin nəticələri açıqlandı, Elza Seyidcahanın vəziyyəti pisləşdi: