ABŞ, İsrail və Qətər Qəzzada döyüşlərin dayandırılmasını müzakirə edir

“ABŞ, İsrail və Qətər Qəzza zolağında hərbi əməliyyatların üç günə qədər dayandırılmasını müzakirə edirlər”.

Azpost.info xəbər verir ki, bu barədə “NBC News” diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, tərəflər arasında əsaslı fikir ayrılıqlarına baxmayaraq, razılığın əldə olunmasına ümid var.

Qətər vasitəçi kimi həftələrlə həm Fələstin HƏMAS hərəkatını, həm də İsraili hərbi əməliyyatları dayandırmağa inandırmağa çalışdı, lakin maneə atəşkəs mümkün olana qədər Tel-Əvivin bütün 240 girovu azad etmək tələbi oldu.

Bununla belə, noyabrın 6-da İsrailin Baş naziri Binyamin Netanyahu Qəzzada hərbi kampaniyada kiçik taktiki fasilələrin mümkünlüyünü etiraf edərək, daha geniş atəşkəsin ola bilməyəcəyini vurğulayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.