ABŞ İsraillə bağlı İrandan xahiş edib –“Reuters”

ABŞ  Yaxın Şərq dövlətlərindən İsraillə gərginliyi azaltmaq çağırışını İrana çatdırmağı xahiş edib.

Azpost.info bildirir ki, bu barədə “Reuters” etibarlı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İraqın xarici işlər nazirlərindən İsrailin Dəməşqdəki konsulluğuna hücumdan sonra İrana  təcili olaraq gərginliyi azaltmaq çağırışını çatdırmağı xahiş edib.

Agentliyin mənbəsi qeyd edib ki, Ağ Evin müraciət etdiyi ölkələrin XİN strukturlarının rəhbərləri bu xahişi yerinə yetiriblər.

Çərşənbə günü İranın Xarici İşlər Nazirliyi xəbər verib ki, nazir Hüseyn Əmir Abdullahyan Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İraqın xarici işlər nazirləri ilə telefon danışığı aparıb və onlar regional gərginliyi müzakirə ediblər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.