ABŞ kəşfiyyatı:"Rusiya Trampı yenidən prezident seçdirmək istəyir"

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinə Rusiyanın bu ölkədəki seçki kampaniyasına qarışmasına dair məlumat məruzə edilib.

“Report”un “New York Times”a istinadən məlumatına görə, ABŞ kəşfiyyat xidməti orqanlarının əməkdaşları Rusiyanın yenidən Trampı prezident görmək istədiklərini hesab edirlər.

Onların fikrincə, Rusiya həm Demokratik Partiyanın praymerizinə, həm də ümumilikdə seçkilərə qarışmaq niyyətindədir.

Məruzədə Rusiyanın sosial şəbəkələr üzərindən fəaliyyətə başladığı vurğulanıb. Bundan başqa, şübhələrin İrana yönləndirilməsi üçün Rusiyanın kiber hücumlar da etməyi planlaşdırdığı bildirilib.

Xatırladaq ki, ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə qarışdığını hesab edir. Rəsmi Moskva isə bu iddianı qətiyyən qəbul etmir. Bundan əlavə, Donald Trampın seçki qərargahının Rusiya ilə əlaqələrinin olduğu ehtimal edilir, ancaq xüsusi prokuror Robert Müller istintaq zamanı bunu təsdiqləməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı metrosu 4G şəbəkəsi ilə əhatə olunacaq

Sonrakı məqalə

Ötən gün yol qəzalarında 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb