“ABŞ Kabil aeroportunun təhlükəsizliyinə cavabdehlik daşımayacaq” –Müdafiə naziri Con Kirbi

ABŞ qoşunlarını Əfqanıstandan çıxarandan sonra Kabil aeroportunun təhlükəsizliyinə görə cavabdehlik daşımayacaq.

Bu bəyanatla ABŞ-ın müdafiə naziri Con Kirbi çıxış edib.

O bu gün keçirdiyi brifinqdə bildirib ki, missiyanı bitirdikdən sonra aeroport onların cavabdehliyində olmayacaq.

Pentaqon rəhbəri qeyd edib ki, təxliyə üçün son tarix kimi müəyyən olunmuş 31 avqusta qədər ABŞ Müdafiə Nazirliyi əsas diqqəti hərbi qulluqçuların və hərbi texnikanın çıxarılmasına yönəldəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Sədərək istiqamətində yanğınlar törədib

Sonrakı məqalə

Dünyada koronavirusdan ölənlərin sayı 4,5 milyonu keçib