ABŞ Kiyevə 1,2 milyard dollarlıq hərbi yardım paketi hazırlayıb

ABŞ hava hücumundan müdafiəni gücləndirmək məqsədilə Ukraynaya 1,2 milyard dollarlıq yeni uzunmüddətli hərbi yardım paketi ayıracaq.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbə bildirib.

Hərbi yardım Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində veriləcək.

Yeni yardım paketi uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizlik ehtiyaclarını ödəmək üçün aylar və hətta illər ərzində sərf olunacaq.

Vaşinqtonun ayırdığı vəsaitlə Ukrayna üçün “Hawk” hava hücumundan müdafiə sistemləri, raketlər, artilleriya mərmiləri, pilotsuz uçuş aparatları və peyk şəkillərinin alınması planlaşdırılır. Müxtəlif avadanlıqlara daimi texniki qulluq və onun üçün ehtiyat hissələrinin alınması üçün də maliyyə ayrılır.

Yeni paket də daxil olmaqla, Rusiyanın Ukraynaya silahlı təcavüzü başlayandan bəri Kiyevə verilən hərbi yardımın ümumi məbləği təxminən 37 milyard dollar təşkil edəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.