ABŞ Ukraynaya Rusiyanın neft və qaz obyektlərinə zərbələr endirmək üçün kəşfiyyat məlumatı verməyi planlaşdırır.
AzPost NBC News-a istinadən bildirir ki, Ağ Ev ilk dəfə olaraq Ukraynaya kəşfiyyat yardımını genişləndirəcək. Buraya Rusiyanın neft emalı zavodlarına və qaz obyektlərinə zərbələrin daha dəqiq və effektiv keçirilməsinə kömək edəcək məlumatlar daxildir.
Nəşr qeyd edir ki, Ağ Ev ilk dəfədir ki, Ukraynaya kəşfiyyat yardımını belə miqyasda genişləndirəcək. Neft emalı zavodlarına hücumlar artıq Rusiyanın enerji sektoruna ciddi ziyan vurmağa başlayıb. Əlavə kəşfiyyatın təmin edilməsi bu zərbələri daha da təsirli edə bilər.