ABŞ Konqresi Ukrayna və İsrailə yardımı birləşdirməkdən imtina edib

Ukrayna və İsrailə hərbi yardımın bir paketdə birləşdirilməsi ideyası ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçı üzvləri arasında dəstək qazanmayıb.

Azpost.info xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Bir çox respublikaçı deputatlar bu təşəbbüsə şübhə ilə yanaşdıqlarını və ya əleyhinə olduqlarını bildiriblər. Xüsusilə, konqresmen Maykl Burqes qeyd edib ki, ilk növbədə Fələstinin radikal HƏMAS qruplaşmasının hücumu ilə bağlı İsrailə kömək etmək lazımdır.

Eyni zamanda, o hesab edir ki, Ukraynanın Rusiya təcavüzündən müdafiəsində ona əlavə yardım məsələsi də müzakirə edilməlidir. Burges öz mövqeyini belə izah edib ki, İsrailin hazırda təcili olaraq silaha ehtiyacı var və Ukraynadakı müharibəyə proses kimi baxmaq lazımdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.