Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı
  • Siyasət

ABŞ Konqresində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat

Orkhan Ali 18 Yanvar 2025 - 21:00 (Last updated: 21 May 2025 - 20:15)
ABŞ Konqresində

ABŞ Konqresində

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Kohen (Steve Cohen) və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər.

AzPost “Report”a istinadla  xəbər verir ki,  S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan Qara Yanvar hadisələrini andığını bildirib.

Konqres üzvü 20 Yanvarda 147 nəfərin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını, yüzlərlə etirazçının həbsini, bir neçə nəfərinsə itkin düşdüyünü bildirib.

ABŞ Konqresində verilən bəyanatda həmçinin, “Human Rights Watch”ın “Azərbaycanda Qara Yanvar” adlı hesabatına istinad edilib. Bakıya hücum zamanı insan haqlarının ən amansız şəkildə pozulması, tibb işçilərinə, təcili yardım maşınlarına və hətta xəstəxanalara çoxsaylı hücumların olduğu bildirilib. Konqresmen qurbanların ailələrinə başsağlığını ifadə edib.

Bununla yanaşı, bəyanatda ABŞ-nin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 1992-ci ilin 28 fevralında diplomatik əlaqələrin qurulduğu qeyd edilib. Eyni zamanda ABŞ və Azərbaycanın hələ də strateji müttəfiq olduğu, dünyada ortaq maraqları bölüşdükləri vurğulanıb.

S.Kohen İşçi Qrupun həmsədri kimi həmkarlarına Azərbaycan xalqının müstəqillik yolunda canlarını qurban verən vətəndaşlarını tanımağa dair çağırış edib.

Konqres üzvü R.Aderholt da bəyanatında dost və tərəfdaş olan Azərbaycan Respublikasında Qara Yanvarın 35-ci ildönümünün anıldığını bildirib. O həmin dövrün Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcını lakin kommunizmin şərindən qorxmayan Azərbaycan xalqının azadlığa can atdığını qeyd edib.

Azərbaycan xalqının 18 oktyabr 1991-ci ildə müstəqillik qazanana qədər dinc etirazlarını davam etdirdiyini vurğulanıb.

R.Aderholt bəyanatda həmkarlarından ona qoşulmalarını xahiş edib. Həmçinin, ABŞ-nin Azərbaycan xalqını və onun azad yaşamaq hüququnu dəstəkləməyə davam etdiyini vurğulayıb.

Post navigation

Previous: Azərbaycanda Aliment Fondu yaradılacaq
Next: Abşeronda qəza – ata və iki azyaşlı oğlunu maşın vurdu

Oxşar xəbərlər

enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
ilham isesko
  • Siyasət

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

User 27 Oktyabr 2026 - 14:07

xƏBƏR

israil
  • Dünya

İsraildə seçki dalanı – Netanyahu lazım olan 61 mandatı qazana bilmir

User 28 Oktyabr 2026 - 14:06
İsraildə 26-cı çağırış Knessetə keçirilən seçkilərdə bülletenlərin 70,7 faizinin hesablanmasının nəticələri ölkədə dərin siyasi dalanın davam etdiyini...
Read more about İsraildə seçki dalanı – Netanyahu lazım olan 61 mandatı qazana bilmir
Sürətli yeriyən insanlar daha uzun yaşayır – ARAŞDIRMA geznti
  • Maraqlı

Sürətli yeriyən insanlar daha uzun yaşayır – ARAŞDIRMA

User 28 Oktyabr 2026 - 13:59
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib parle ermeni
  • Dünya

Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

User 28 Oktyabr 2026 - 13:54
2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər 1740495806_manat-1560526404-1
  • Sosial

2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər

User 28 Oktyabr 2026 - 13:23
Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib mekteb
  • Sosial

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib

User 28 Oktyabr 2026 - 13:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.