Azərbaycanda Aliment Fondu yaradılacaq

Azərbaycanda Aliment Fondu
Azərbaycanda Aliment Fondu

Azərbaycanda Aliment Fondu yaradılması yubanır. Bununla bağlı bir neçə ildir ki, müzakirə aparılsa da, hələ də yekun qərar yoxdur.

AzPost xəbər verir ki, zaman-zaman alimentin mütəmadi olaraq ödənilməsi prosesində yaranan problemlər fondun yaradılmasının önəmini daha da artırır. Bəs proses hansı mərhələdədir?
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, hazırda Fondun yaradılması və bununla əlaqədar digər məsələlərin təşkili üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə qurumlararası işçi qrupu formalaşdırılmaqdadır.
Komitədən isə prosesə aidiyyəti qurumun Ədliyyə Nazirliyi olduğu qeyd edildi.
Bəs Fond yaradılarsa, hansı problemlər aradan qalxa bilər?
Qeyd edək ki, dünyanın bir çox ölkələrində hökumət tərəfindən aliment fondu yaradılıb. Əgər valideyn üzərinə düşən öhdəliyi yerinə yetirə bilmirsə – aliment pulunu ödəməyə imkanı çatmırsa, bu zaman dövlət alimentin ödənilməsini öz üzərinə götürür.
AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.