“ABŞ “Krım Ukraynadır” deməklə Kiyevi terror aktları törətməyə sövq edir”- Səfir ANTONOV

“ABŞ Dövlət Departamenti Ukraynanı Rusiyada terror aktları törətməyə sövq edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.

Səfir “Krım Ukraynadır” ifadələrini reallıqdan kənar adlandırıb. Onun sözlərinə görə, bu cür bəyanatlara və Vaşinqtonun silah tədarükünə görə, Ukrayna özünü arxayın hiss edir.

“Dövlət Departamenti “Krım Ukraynadır” və Ukrayna Silahlı Qüvvələrinin öz ərazilərini qorumaq üçün ABŞ silahlarından istifadə edə biləcəyi ilə bağlı qeyri-real iddialarla, əslində, Kiyev rejimini Rusiyada terror aktları törətməyə sövq edir”, – Antonov deyib.

Səfirin fikrincə, bütün bu hərəkətlər Ukraynada münaqişənin gərginləşməsi riskini artırır.

Azpost.info

Əvvəlki məqalə

“KİV-də vəzifəli şəxsin maaşı nə qədərdir ki, 3500 manat cərimə ödəyə bilsin?!”

Sonrakı məqalə

Ermənistanda hərbi hissədə baş verən yanğının səbəbi açıqlandı