Ermənistanda hərbi hissədə baş verən yanğının səbəbi açıqlandı

“15 erməni hərbçisinin həyatına son qoyan mühəndis-snayper rotasının kazarmasında yanğın benzinin isitmə üçün istifadəsi səbəbindən başlayıb”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Nazirlər Kabinetinin iclasında müdafiə naziri Suren Papikyan bildirib.

“İlkin məlumatlara görə, kazarmaların qızdırılması üçün qadağan olunmuş benzindən istifadə olunub”, – nazir deyib.

Qeyd edək ki, Ermənistanda hərbi hissədə baş verən yanğın nəticəsində 15 əsgər həlak olub, daha 3 əsgərin vəziyyəti ağırdır.

Yanğının baş verdiyi hərbi hissə Ermənistanın Qeqarkunik rayonunun Azat kəndi yaxınlığında yerləşir.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ “Krım Ukraynadır” deməklə Kiyevi terror aktları törətməyə sövq edir”

Sonrakı məqalə

“Hökumətin turizmlə bağlı planları yaxşı sağlığa bənzəyir” –