“ABŞ-la Azərbaycanı Naxçıvanla birləşdirəcək yolun tikintisini müzakirə edirik” –Paşinyan

İrəvan və Vaşinqton Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisi ilə bağlı danışıqlar aparır.

APA “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Niyə məhz ABŞ? Çünki bu “Tramp marşrutu” layihəsinin ayrılmaz hissəsidir”, – o deyib.

Paşinyan əlavə edib ki, Rusiya regional kommunikasiyaların açılmasından sonra Azərbaycandan Ermənistana dəmir yolu nəqliyyatı ilə məşğul ola biləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.