ABŞ Latviyaya altı ədəd HIMARS raket sistemi satır

Amerika Birləşmiş Ştatlarının Latviyaya altı ədəd M142 HIMARS raket sistemi (MLRS) və müvafiq avadanlıqların satışı üçün 220 milyon dollarlıq müqavilə bağlanılıb.

Bu barədə Dövlət Departamenti və Pentaqona yaxın mənbələr məlumat yayıb.

Bundan əlavə, ABŞ səlahiyyətliləri Yaponiyaya 74,6 milyon dollar dəyərində RAM Block 2B və müvafiq avadanlıqlara malik 63 taktiki raket satmağı planlaşdırdıqlarını bildiriblər.

Riqa və Tokio ilə bağlanan müqavilələrə təlimlər, eləcə də ehtiyat hissələrinin verilməsi və texniki xidmət də daxildir. ABŞ hökumətinin nöqteyi-nəzərindən, sazişlərin həyata keçirilməsi ilə Avropa və Hind-Sakit Okeanı regionunda ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi məqsədlərinə nail olunacaq. Beləliklə, Dövlət Departamentinin və Pentaqonun fikrincə, HIMARS-ın satışı Latviyanın cari və gələcək təhdidlərə qarşı müqavimət qabiliyyətini gücləndirəcək, həmçinin NATO müttəfiqlərinin Amerika və digər qüvvələrlə qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq. ABŞ rəsmiləri bildiriblər ki, razılaşmalar regionlardakı əsas hərbi balansı dəyişməyəcək.

Milli qanunvericiliyə uyğun olaraq xarici siyasət idarəsi tərəfindən verilən bu sazişlərin həyata keçirilməsi üçün icazə alınıb. ABŞ administrasiyası qərarlar barədə artıq Konqresə məlumat verib. ABŞ-ın qanunverici orqanının indi yeni sazişləri öyrənmək və ya onları bloklamaq üçün 30 gün vaxtı var.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.