ABŞ Ali Məhkəməsi Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını qadağan etməkdən imtina edən aşağı instansiya məhkəməsinin qərarından edilən şikayəti rədd edib.
Azpost.info bildirir ki, belə bir şikayətlə Respublikaçılar partiyasının üzvü, vergi məsləhətçisi Entoni Kastro çıxış etmişdi. Bu barədə Reuters məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, Kastro da Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürür. O, iddiasını ABŞ Konstitusiyasına 14-cü Düzəliş əsasında əsaslandırmağa çalışıb. Həmin düzəlişə əsasən rəsmi vəzifədə olarkən Amerika Birləşmiş Ştatlarına qarşı üsyanda iştirak etmiş hər kəsə dövlət vəzifəsi tutmağı qadağan edir.
Kastro 2021-ci ilin yanvarında Trampın mühakimə olunduğu Kapitoliyə hücumu üsyan adlandırıb.
ABŞ Konstitusiyasına edilən 14-cü Düzəlişə görə, vəzifəyə başlamazdan əvvəl ABŞ Konstitusiyasını dəstəkləmək üçün and içmiş və sonra ABŞ-a qarşı üsyanda iştirak etmiş hər kəsin dövlət vəzifəsində çalışmasını qadağan edir.
6 yanvar 2021-ci ildə Kapitoliya hücumu zamanı Tramp hələ də ABŞ-ın hazırkı prezidenti idi.
Kastro təkid edir ki, Tramp Kapitoliyə basqın edən tərəfdarlarına simpatiyasını bildirərək onlara kömək göstərib. İddiada Trampın yenidən prezident seçiləcəyi təqdirdə hücum iştirakçılarını əfv etməyi nəzərdən keçirəcəyi vədi qeyd olunur.
Azpost.info