ABŞ maliyyə naziri Ağ Evdə İlon Maska hücum edib

Mask
Mask

ABŞ-ın maliyyə naziri Skott Bessent Ağ Evdə amerikalı sahibkar İlon Maska hücum edib.

Bu barədə Britaniyanın “Daily Mail” qəzeti Donald Trampın sabiq müşaviri Stiven Bennona istinadən məlumat yayıb.

Məlumata görə, Tramp və Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi səlahiyyət müddətinin başa çatması ilə bağlı keçirdiyi mətbuat konfransı ərəfəsində tərəflər arasında mübahisə baş verib.

Maliyyə naziri Bessent Maskı büdcəni 1 trilyon dollar azaltmaq vədini yerinə yetirməməkdə ittiham edib və bundan sonra tərəflər arasında qarşıdurma yaranıb.

Qəzet, Ağ Evin mətbuat katibi Kerolayn Livittin də adıçəkilən şəxslər arasında qarşıdurma yaşandığını təsdiqlədiyini yazıb.

Məhz bu hadisədən sonra Maskın gözünün altında qançır yarandığı bildirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.