ABŞ maliyyə naziri büdcə böhranı ilə bağlı hesablamada səhv edib

ABŞ-da federal hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) ilə bağlı iqtisadi itkilər yanlış hesablanıb. AzPost xəbər verir ki, Reuters agentliyi Maliyyə Nazirliyinin rəsmi nümayəndəsinə istinadla bəyan edib: itkilər gündə 15 milyard dollar deyil, həftədə 15 milyard dollar təşkil edir.

Bu düzəliş nazirliyin rəhbəri Skott Bessentin əvvəlki açıqlamasının səhv olduğunu təsdiqləyib. O, Demokrat Partiyasına təzyiq göstərmək üçün Respublikaçıların mövqeyini müdafiə edərkən, şatdaunun ABŞ iqtisadiyyatına “gündə 15 milyard dollara qədər ziyan vurduğunu” iddia etmişdi.

Maliyyə Nazirliyinin nümayəndəsi isə dəqiqləşdirərək bildirib ki, dövlət qurumlarının iki həftəlik fəaliyyətinin dayanması nəticəsində istehsal göstəriciləri aşağı düşür və bu da ümumilikdə 15 milyard dollarlıq həftəlik zərərə səbəb olur. Beləliklə, əvvəlki açıqlama rəqəmlərlə manipulyasiya və ya səhv hesablanma kimi qiymətləndirilib.

Səhv bəyanat ABŞ-da keçirilən “Amerikaya investisiya edin” forumunda səsləndirilib. Həmin tədbirdə Bessent iqtisadiyyatdakı investisiya artımının davam etdiyini vurğulasa da, hökumət strukturlarının müvəqqəti bağlanmasının bu proses üçün ciddi maneə yaratdığını etiraf edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.