ABŞ müttəfiqlərini Rusiyanın dondurulmuş aktivlərini Kiyevə köçürməyə çağırıb

ABŞ-ın yüksək rütbəli rəsmiləri Qərb müttəfiqlərini Ukraynaya yardım üçün Rusiyanın dondurulmuş valyuta ehtiyatlarından istifadəyə çağırıblar.

Azpost.info xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan üç nəfər “The Washington Post”a bildirib.

Onların sözlərinə görə, Bayden administrasiyası bu məsələdə getdikcə daha qətiyyətli mövqe nümayiş etdirir. O da qeyd olunur ki, məlum vəsait hərbi yardım üçün deyil, ölkənin yenidən qurulması üçün istifadə olunacaq.

Bu arada, ABŞ maliyyə naziri Canet Yellen qərbli həmkarları ilə görüşdə Rusiya Bankının aktivlərinə gəlir vergisinin tətbiqi və bu vəsaitlərin Ukraynaya köçürülməsi ilə bağlı Aİ-də müzakirə olunan təklifi təsdiqləyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.