ABŞ nümayəndə heyəti Kiyevə gəlib- 25 milyonluq saziş imzalanacaq

ABŞ nümayəndə heyəti Kiyevə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink bildirib.

“ABŞ nümayəndə heyətini Kiyevdə salamlamağa şadam. Onlar kiçik və orta biznesə kömək etmək üçün Vladimir Zelenski ilə 25 milyon dollarlıq investisiya sazişi imzalayacaq”, – səfir “Tviter”də yazıb.

Nümayəndə heyətinə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının baş direktoru Skot Natan, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini Erin Makki, Avropa və Avrasiya üzrə Yardım Koordinatoru Maria Lonqi daxildir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.