ABŞ nümayəndələri “Tramp dəhlizi”nə baxmaq üçün Ermənistana gəlib

ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu TRIPP layihəsinin keçdiyi ərazilərdə sahə araşdırmaları aparmaq üçün AECOM şirkətinin əməkdaşlarını Ermənistana göndərib.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, “bu iş Ermənistanın uzunmüddətli iqtisadi inkişafına, nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına və regional inteqrasiyaya kömək edəcək”.

Eyni zamanda, qeyd edilib ki, dəmir yolu və digər infrastrukturun yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və təkliflər hazırlanacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.