ABŞ Paris Olimpiya Oyunlarında 40 qızıl və 126 ümumi medal sayı ilə birinci yerə çıxıb.
Çin də eyni sayda qızıl medal qazansa da, ümumi medal sayı 91 olub. Üçüncü yerə çıxan Yaponiya isə 20 qızıl, ümumilikdə 45 medal qazanıb.
Adətən daha çox qızıl medal yığan komanda yarışın qalibi olur. Sonuncu dəfə 2008-ci ildə Pekin Olimpiadasında ABŞ komandası 48-36 nisbəti ilə Çindən sonra ikinci yerə çıxmışdı.
Neytral statusda çıxış edən rusiyalı idmançılar bircə medal əldə ediblər. Ümumilikdə olimpiadaya 15 rusiyalı idmançı qatılıb. Rusiya Ukraynaya müdaxilə səbəbindən beynəlxalq yarışmadan kənarlaşdırılıb.
Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçirilib. Oyunların bağlanış mərasimi də açılışı qədər rəngarəng olub, amma daha ənənəvi formatda keçirilib.
Növbəti olimpiada 2028-ci ildə Los-Ancelesdə olacaq.
Azpost.info