ABŞ-da prezident seçkilərində kim irəlidədir? –ŞTATLAR ÜZRƏ NƏTİCƏLƏR

ABŞ prezidentliyinə namizəd Cozef Bayden rəqibi Donald Trampı Seçici Kollegiyasının səslərinin sayına görə üstələyib.

Azpost.info Fox TV-yə istinadən bildirir ki, ilkin nəticələrə görə, Tramp Seçici Kollegiyasının 213 səsini (48,44 faiz), Bayden isə 238 səsini (49,94 faiz) qazanıb. Qələbə üçün 270 səs lazımdır.

Viskonsin ştatında 98 faiz bülleten sayılıb. 49,3 faiz səslə Bayden irəlidədir. Bayden poçt vasitəsilə göndərilən səslərin hesabına irəli çıxıb.

Nevada ştatında bülletenlərin 67 faizi sayılıb. Bayden (49,9 faiz səslə liderdir.

Texasda 84 faiz bülleten sayılıb. Tramp 52,2 faiz səs alıb.

Ohayo ştatında bülletenlərin 94 faizi sayılıb. (53,3 faiz Tramp alıb)

Ayova ştatında bülletenlərin 99 faizi sayılıb. Tramp 53,3 səs alıb.

Floridada bülletenlərin 96 faizi sayılıb. 51,2 faiz Trampa səs verib.

Miçiqan ştatnında  bülletenlərin 81 faizi sayılıb – Tramp 51,6 faiz səs alıb.

Arizonada səslərin 83 faizi sayılıb. 51,23 faiz Bayden səs alıb.

Minnesota ştatında sələrin 90 faizi sayılıb. 52,63 faiz Bayden qazanıb.

Corciya və Şimali Karolinada səslərin 94 faizi sayılıb. Tramp 50.4 və 50,6 faiz səslə liderdir.

Pensilvaniya ştatında da Tramp 55.7 faiz səslə irəlidədir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 1227 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanılıb –