“ABŞ Qarabağda yaranan vəziyyətdən dərindən narahatdır” –Dövlət Departamenti

“ABŞ Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı və yaralanmalarla bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir”.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında bildirilib.

“Biz gərginliyi azaltmaq və vəziyyəti daha da dərinləşdirməmək üçün təcili addımlar atmağa çağırırıq. Gərginliyin son vaxtlar artması münaqişə ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinin zəruriliyini vurğulayır”,- deyə bəyanatda bildirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.