ABŞ qırıcıları Kanada üzərində daha bir uçan naməlum obyekti vurdu –VİDEO

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları Kanada ilə sərhəddə uçan naməlum obyekt vurublar.

Bu barədə məlumatı Pentaqonun mətbuat katibi general Pet Rayder açıqlayıb.

Onun sözlərinə görə, sözügedən obyekt ölkə Prezidenti Co Baydenin göstərişinə əsasən Huron gölü üzərində vurulub.

Rayder qeyd edib ki, obyekt yerdə hər hansı məkana qarşı hərbi təhlükə daşımasa da, uçuşların təhlükəsizliyinə təhdid yaradıb.

Məlumata görə,  bu, ABŞ və Kanada ərazisi üzərində vurulan 4-cü obyekt olub.

Pentaqonun məlumatına görə, hazırda mütəxəssislər obyektin qalıqlarını toplayaraq daha ətraflı məlumat öyrənməyə çalışacaqlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.