ABŞ rus oliqarxlarının yaxtalarının yerini deyənə 5 milyon mükafat verəcək

ABŞ hökuməti rusiyalı oliqarxların yaxtalarının yerinin müəyyən edilməsində köməyə görə böyük məbləğdə mükafat vəd edib.

Azpost.info xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.

2021-ci ildə Konqres tərəfindən təsdiq edilmiş Kleptocracy Asset Recovery Rewards Proqramı Rusiya hökuməti ilə əlaqəli aktivləri və korrupsiyanı tapmaqda kömək edənlərə maliyyə bonusu təklif edir.

Layihəyə əsasən, bir şəxs əmlakının ələ keçirilməsinə, məhdudlaşdırılmasına və ya müsadirəsinə səbəb olan məlumat üçün beş milyon dollara qədər (500 milyon rubl) pul mükafat ala bilər.

Ödənişlərlə bağlı yekun qərarlar hər bir konkret hal üzrə qəbul ediləcək və ABŞ maliyyə naziri Canet Yellen tərəfindən təsdiqlənəcək.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Müharibə uzansa, Moskva nüvə silahı ilə təhdid edə bilər” –

Sonrakı məqalə

Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyi ilə bağlı toplantı KEÇİRİLİB –